4 Mart 2015 Çarşamba




Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür.
Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Ən yeni tariximizin qanlı səhifəsi olan 20 Yanvar hadisələri dövründə də M. Qorbaçovun göstərişi ilə Vətənimizin paytaxtı Bakıya daxil olan azğınlaşmış silahlı dəstələrin qarşısına məhz onlar – ürəkləri Azərbaycanla bir vuran mərd oğlan və qızlar çıxdılar. İmperiya ordusunun quduzlaşmış, təpədən-dırnağa qədər silahlanmış qüvvələri Xəzərin qoynunda uyuyan gözəl Bakını gülləbaran etdilər.
 Avtomat, pulemyot səsinə evlərin eyvanlarına çıxan, küçələrdə, metro stansiyalarının qarşısında olan əliyalın, dinc əhali vəhşicəsinə güllələnirdi. Tanklar yollardakı minik maşınlarını tırtılları altına alıb xıncım-xıncım edirdi. Odlar diyarının baş şəhəri 1918-ci ildə erməni daşnaklarının törətdikləri vəhşiliklərin təkrarını yaşayırdı. Bu dəhşətli hadisə əks-sədaya çevrilib xalqımızın qəlbində vulkan kimi püskürdü. Millətimizin bütün təbəqələrindən olan insanlar iflasa uğramış sovet rejiminin törətdiyi qanlı aksiyaya qarşı öz etiraz səslərini qaldırdılar, ona öz nifrətlərini bildirdilər. Kədərlənsə də xalqımız özünü itirmədi, o hüznlü günlərdə bir oldu. Şəhidlərimizi layiqincə yola saldı. Vətən uğrunda canlarından keçən övladlarımızın qəhrəmanlığını tərənnüm edən neçə-neçə şeirlər, poemalar, povestlər, məqalələr yazıldı, filmlər çəkildi və bu iş bu gün də davam etdirilir. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün ölkəmizin hər yerində abidələr ucaldıldı, onların adları məktəblərə, uşaq bağçalarına, küçələrə, parklara və s. verildi.
 1990-cı ilin Qanlı 20 Yanvar gecəsində düşmən güllələrinə tuş gələnlərdən biri də Elçin İmanov idi. O, N. Nərimanov adına Tibb İnstitutunun (indiki Tibb Universiteti) 4-cü kursunda oxuyurdu. Qəlbində min-min arzusu vardı. İstəyirdi, əmisi Sahib İmanov kimi (Allah rəhmət eləsin) yaxşı həkim olsun. Öz elinin-obasının insanlarına xidmət etsin, onların sağlamlığı keşiyində dursun. Lakin düşmən gülləsi onun arzularını yarımçıq qoydu.
 İgid ölər, adı qalar deyiblər. İndi Salyanda hər xeyirdə-şərdə Elçin İmanovun xatirəsi yad olunur, ruhuna dualar oxunur. Onun Salyan şəhər qəbiristanlığındakı məzarı rayon gənclərinin ziyarətgahına çevrilib. Bir vaxtlar yaşadığı küçə indi onun adını daşıyır.
 20 Yanvarın üzümüzə gəldiyi gündə şəhidlər haqqında yazdığım şeiri yenidən xatırladım.

Siz ey Vətən yolunda şirin canından keçib,
 İgidliyi, mərdliyi özünə amal seçib,
 Ömrün bahar çağında həyatdan erkən köçüb,
 Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
 Yaşayan hər ömürdə qanınız, canınız var!

Səs verdiniz Vətənin harayına, səsinə,
 Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
 Məzarınız dönübdür ziyarət türbəsinə.
 İnanın, and içirik, qanınız alınacaq,
 Xatirəniz, ruhunuz həmişə anılacaq!

Bir ata övladından el oğluna döndünüz,
 Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!
 Gələcək nəsillərə yetəcəkdir ününüz.
 Siz bu gün də, sabah da, əsrlərlə sağsınız,
 Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

Siz yazdınız millətin tarixini qan ilə,
 Sinənizdə yurd saldı yurda atılan güllə.
 Məzarınız tutulur min çiçəyə, min gülə,
 Tərsiniz çiçək kimi, həmişə baharsınız!
 Azərbaycan köksündə əbədi yaşarsınız!
26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin...  Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir  etməkdə.

   Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. 

   Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.
 
Bizim nəsil 1941-1945-ci illər müharibəsinin dəhşətlərini, od-alovunu ancaq filmlərdə görmüşdür.Bir anlığa müharibənin dünyaya meydanoxuyan Hitlerin qələbəsi ilə başa çatdığını təsəvürümüzdə canlandıraq. Bu, ölkələrin sərvətlərinin talanması, xalqların kölə halına düşməsi, özlərini "seçilmişlər” sayan faşistlərin bütün dünyada ağalığı deməkolardı. Müharibənin ilk illərində belə görünürdü ki, faşistlər öz niyyət-lərinə çatacaqlar. Onlar çoxlu sayda yaşayış məntəqəsini zəbt etmişdi-lər və sürətlə irəliləyirdilər. Lakin azadlığı yüksək qiymətləndirən,doğma Vətənlərini çox sevən xalqlar birləşərək faşistləri dayandırmağavə müharibəni qələbə ilə başa çatdırmağa nail oldular. 1945-ci ilinmay ayında dünyanın başı üstündə Demokl qılıncı kimi dayanan faşizmkabusu darmadağın edildi.
   Bu misilsiz qələbə milyonlarla insanın canı-qanı bahasına qazanılmışdır. Rusiyanın, Ukraynanın, Belorusun, Polşanın və başqa ölkələrin ərazilərindəki kütləvi qəbiristanlıqlar buna sübutdur. Müharibədə azərbaycanlılar da fəal iştirak etmişlər. Azərbaycanlılardan təşkil olunan 416-cı Taqanroq diviziyası ayrı-ayrı şəhər və kəndlərin düşmənlərdən təmizlənməsi uğrunda fəal döyüş əməliyyatları aparmışdı.İlk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov hərbi sənətini yaxşı bilən cəsur komandir idi və əsgərlərini öz arxasınca aparmağı bacarırdı.Azərbaycanlı döyüşçülərin 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri "Uzaq sahillərdə” filminin qəhrəmanı Mehdi Hüseynzadənin timsalında aydın görmək mümkündür. Həmin illərdə arxa cəbhədə qalan soydaşlarımız da ümumi qələbə naminə hər cür mərhumiyyətlərə dözmüş, böyük fədakarlıq göstərmişlər. Artıq 1941-1945-ci illər müharibəsindən bizi yarım əsrdən çox zaman məsafəsi ayırır. Bununla belə, bu müdhiş müharibənin acı xatirələri indi də insanları düşünməyə, öz hərəkətlərini ölçüb-biçməyə vadar edir. Ümumi qələbə naminə fədakarlıqlar göstərən, müharibədə şəxsi həyatlarını qurban verən insanların adları da daim minnətdarlıq hissi ilə xatırlanacaq. Respubilikamızın, demək olar ki, əksər şəhər və kəndlərində İkinci dünya müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə abidə kompleksləri yaradılıb. Həmin abidələrin üzərində, adətən, sadə bir cümlə yazılır: "Heç kəs unudulmur,heç nə yaddan çıxmır!”.Bu sözlər aydın səma altında yaşayan insanların taleləri yarımçıq qırılmış müharibə iştirakçılarının xatirəsinə dərin ehtiramlarının səmimi ifadəsidir.
    Nə qədər belə misal çəkmək mümkündür. Bəzən olur ki, hansısa bir hadisəni, hansısa bir şəxsiyyətin adını bu və ya digər səbəblər üzündən tarixin səhifələrindən silməyə cəhdlər göstərilir. Fəqət belə mənasız cəhdlər zamanın istehzası ilə üzləşir. Məgər xalqımız ədalətsiz Türkmənçay və Gülüstan müqavilələrinə əsasən məmləkətimizin iki yerə parçalanmasını nə vaxtsa unuda bilərmi ? Gəlin xatırlayaq, lap yaxın keçmişədək bu barədə danışmaq, yazmaq belə qadağan edilmişdi. Lakin böyük dövlətlərin tarix səhnəsindəki siyasi gedişləri nə qədər güclü olsa da, bu tale-yüklü olayı böyük keçmişi olan xalqın qan yaddaşından çıxara bilmədi. Xalqın Araz boyunca tikanlı məftilləri qırıb-dağıtmaq və birləşmək arzusu şeirlərə, mahnılara çevrildi, bu barədə cild-cild əsərlər yazıldı. Gün gələcək, bu istək mütləq həyata keçəcək. Zorla işğala məruz qalan Dağlıq Qarabağı, musiqimizin beşiyi gözəl Şuşanı, gözəlliklər məkanı Kəlbəcəri, igidlər oylağı Laçını, Qubadlını, indiki Ermənistanın ərazisindəki adları məqsədli şəkildə dəyişdirilərək "erməniləşdirən” yurd yerlərini azərbaycanlıların qan yaddaşından silmək mümkünmü? Əsla! O yerlərdə ata-babalarımızın narahat ruhları dolaşır və qarşısıalınmaz bir qüvvə tək bizləri o yerlərə qayıtmağa sövq edir.
    Bu yaxınlarda Quba şəhərində aparılan qazıntılar zamanı kütləvi qəbiristanlıq aşkarlandı. Ermənilər ötən əsrin əvvəllərində kütləvi şəkildə qətlə yetirdikləri azərbaycanlıları basdıraraq öz dəhşətli cinayətlərini unutdurmağa çalışmışlar. Ancaq tarixi həqiqət təsdiqini tapdı.
    Həyatı boyu Vətən naminə çarpışan, milli mənafeyini hər cür şan-şöhrətdən, imtiyazdan üstün tutan, var-dövlətini xalqının inkişafı yolunda xərcləyən tarixi şəxsiyyətlərin adı daim qəlblərdə yaşayacaq. Milli və bəşəri duyğuları çərçivəyə sığmayaraq azad şəkildə tərənnüm edən Hüseyn Cavid uzaq Sibirə sürgün edildi və orada dünyasını dəyişdi. Ancaq unudulmadı. On illər ötəndən sonra onun nəşi Vətənə gətirilərək Naxçıvanda doğma torpağa tapşırıldı, məzarı üstündə möhtəşəm məqbərə ucaldıldı. Sərt qadağalar milyonçu xeyriyyəçilər Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun adlarını və xeyirxah əməllərini insanların yaddaşından silə bilmədi...
    Beləliklə, heç kəs unudulmur, heç nə yaddan çıxmır, həqiqət torpaq altında qalsada, heç vaxt pas atmayan qiymətli metala bənzəyir. İllər ötür, bəzən əsrlər dolanır və o gec-tez üzə çıxır. Buna görə də həyatda hər kəs xeyirxah işlər görməyə çalışmalıdır..

Kateqoriya

24 yorum:

  1. Salam gözəldi aglayıram

    YanıtlaSil
  2. cccooooxxx gggooozzzeelll menim qardasimda esgerdiii

    YanıtlaSil
  3. Salam maraqli insadir... (☺)((

    YanıtlaSil
  4. Salam maraqli insadir... (☺)((

    YanıtlaSil
    Yanıtlar
    1. burda gulmeli nevar ki dusuksen

      Sil

    2. Çooooooxxxx maraqlıdır bu inşa

      Sil
  5. men beyendim gozeldi
    veteni sevmeyen insan olmaz olsada o sexsde vicdan olmaz

    YanıtlaSil
  6. salam men insani oxuyanda pis oldum o dusmenleri allaha heval edirem allah esgerlerimizi qorusun AMIN

    YanıtlaSil
    Yanıtlar
    1. Salam
      Mence cox gozel insadi. ALLAH o dusmenlerin cezasin versin.
      ALLAH bizim dusmenlerimizi qorusun AMIN

      Sil
    2. Dusmenlerimizi qorusun yox!

      Sil
  7. SALAM MENCE ÇOX GOZƏL INŞA ALINIB BU INSANI YAZANA COX TESEKURUMU BILDIRIREM

    YanıtlaSil
    Yanıtlar
    1. Her şey yaxşıdı İnşada bir Hüseyn Cavidin "leşin" getirdiler deyen qeder

      Sil
  8. ELA MELUMATDI COX GOZEL QOY BUTUN DUNYA BILSIN ERMENI FASISTLERI NELER TOREDIR

    YanıtlaSil
  9. oxumamisam ``` Amma yorumlardan ele gorunur ki cox gozel insadir```

    YanıtlaSil