AZƏRBAYCAN TƏBİƏTİNƏ
HEYRANAM
Dünyanın hər guşəsi həmin yerdə yaşayan və məskunlaşan şəxslər
üçün ideal yerdir. Bizə soyuq görünən şimal zonası oradakı eskimos xalqı üçün,
quru Avstraliya materiki aborigenlər üçün, ucsuz-bucaqsız Ərəb səhrası bədəvi ərəbləri
üçün necə əvəzedilməz bir məkandırsa və onlar başqa yerə bu cür uyğunlaşa bilməzlərsə,
Azərbaycan da bizim üçün elə bir məkandır.
Uşaqlığımızdan biz Azərbaycanın təbiəti
ilə iç-içəyik,ona uyğunlaşmışıq. Çoxumuz bitki örtüyü, heyvanlar haqqında kifayət
qədər məlumata sahibik. Bu məlumatları biz ya orta məktəb dərsliklərindən, ya
da öz təcrübələrimizdən öyrənmişik. Bəzən də nənə və babalarımızdan bu məlumatları
almışıq. Bu məlumatlara əsasən elə deyə bilərik ki, ölkəmizin necə də zəngin təbiəti
vardır. Vətənimizin təbiəti haqqında danışarkən, bunu sadecə bir abzasa, bir səhifəyə,
bir vərəqə, bir kitaba sığa biləcəyini düşünmürəm. Belə ki, bunu sadecə mən
demirəm, böyük şairlərimiz, ədiblərimiz bunu təsdiq edir.
Azərbaycanın florası nadir endemik və relikt bitkilərlə zəngindir.
Dünyada yayılan 500 min bitki növündən 4,3 mini Azərbaycanda mövcuddur. Bu onun fiziki-coğrafi və təbii-tarixi şəratinin
müxtəlifliyi ilə əlaqədardır. Yuxarıda dediyim kimi Azərbaycan Respublikası relikt bitkilərlə zəngindir
ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində
daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq
palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 370
endemik bitki növü vardır. Bundan başqa digər zonalarda da bir çox bitkilər
yayılmışdır. Bunlardan çoxu tibbi, texniki ,yeyinti əhəmiyyətli bitkilərdir.
Belə bitkilərə zəfəranı, azatı, qaraçöhrəni, şümşadı ,Hirkan süsənini misal
göstərə bilərik. Həmçinin, yovşan, şoranotu, gəvən, kəngiz, qırtıc kimi
efermerli bitkilər, kollar yayılmışdır. Bu bitkilər Aran, Talış,
Acınohur-Ceyrançöl, Qanıx-Əyriçay, Kür və Araz boyu düzənliklər, Naxçıvan kimi
bölgələrdə yayılmışdır.
Azərbaycanın
faunası da florası kimi zəngindir. Hər bir bölgənin özünə xas olan heyvani tərkibi
vardır. Respublika-mızda 600-dən çox heyvan növü vardır. Bu heyvanların 108-i
“Qırmızı Kitab”a salınmışdır. Respublikamızdakı heyvanlara cüyür, ceyran, kaftar,
canavar, çaqqal, vaşaq kimi heyvanlar vardır .Ayrıca, bir sıra gürzə və digər
ilan növləri geniş yayılmışdır. Xəzər dənizinin də heyvanat tərkibi də çox zəngindir.
Nərə, minoqa, qılıncbalığı ,dəniz sıfı kimi balıqlar Xəzərdə geniş yayılmış
heyvan növləridir.
Azərbaycanın təbiəti
sadecə flora və faunası ilə sərhədlənmir. Xəzər dənizi, Kür , Araz, Həkəri, Viləş,
Samur, Qanıx çayları əsrlər boyu insanların məskən qurduqları mərkəzlər
olmuşdur. Bu yerlərdə tarixin axınını dəyişdirən döyüşlər olmuş, bu sahillərdə
yeni dövlətlər qurulmuş və dağılmışdır. Talış, Şahdağ ,Babadağ, Murov və b.
dağlar övliyalar üçün məbəd, qaçaqlar üçün istehkam ,maldarlar üçün yaylaq
olmuşdur.
Lakin,
hal-hazırda nə qədər də olsa, insani təsirlər sayəsində təbii örtüyə xətər
yetirilir. Bu xətərlərin qarşısını almaq üçün qoruq, yasaqlıq və parklar
yaradılır
mallaaaaaaaaaaaaaaar
YanıtlaSilAptal
YanıtlaSilAptal
YanıtlaSil