On doqquz yanvarda doğum evləri
Ölümdən, qırğından xəbərsiz idi. O gün
Bakımızda axşamdan bəri,
Ölüm ilə həyat
üzbəüz idi.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi
iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin
onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq
buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun
döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib
çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini
hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə
ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli
ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar
imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz
azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini,
məğrurluğunu nümayiş etdirdi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan
xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən
biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin
ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi
terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması
totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün
dünyaya bir daha nümayiş etdirdi.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda
"rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun
onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər"
tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün
yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin
"dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə,Bakıya təpədən-dırnağadək
silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi.Ona görə ki, həmin vaxt
burada daxili qoşunların 11,5 min əsgəri,Müdafiə Nazirliyinə tabe olan Bakı
qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var
idi.4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.Bütün bunlara
baxmayaraq,1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının
119-cu,Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozaraq,yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman
imzaladı..
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz
olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı
qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr
boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan
xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən
ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 km²-dən 87 000 km²-ədək
azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri,
azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu
siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin
müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə
yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs
and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi
təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır.
Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda
canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad
etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının
xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Yaxsi
YanıtlaSilBu insa cox gozeldir, ve bu insa bir daha Xocalinin Azerbaycana aid oldugunu gosterir
SilCox da gozel deyil deyesen axi abartmayin bu kadar
SilCOK GUZELDI BEN BU INSADAN COK melumat oyrendim maaaaaaac opuremm
SilCOK GUZELDI BEN BU INSADAN COK melumat oyrendim maaaaaaac opuremm
SilCOK GUZELDI BEN BU INSADAN COK melumat oyrendim maaaaaaac opuremm
SilCOK GUZELDI BEN BU INSADAN COK melumat oyrendim maaaaaaac opuremm
SilKemale dir uc burdan sen harfan bilesen axi bizim faciemozi
SilMənim xoşuma gəldi ,ancaq bu inşa deyil məlumatdır !
SilCoooox gozeldi heqiqeten cox sey oyrendi opeyrem
SilAllah sehidlerimize rehmet elesin.
SilEla idi
SilELa insadi saqolun
YanıtlaSilsalam
SilInşa işinə yarıyır.
YanıtlaSileladi
YanıtlaSilyaxsidi
YanıtlaSilMencede yaxsidi
YanıtlaSilCunki sehidlerimizin qani yerde qalmayacaq
YanıtlaSilEvet kalmayacak
SilBencede
SilBencede
SilÇox gözel inşadı.Allah 20 YANVAR şehidlerimize rehmet etsin. ŞEHİDLER ÖLMEZ
SilVETEN BÖLÜNMEZ!
Şəhidlər heç zaman unudulmazlar
SilAllah sehitlerimizi rehmet etsin cenetleri nur olsun.Vallah birmirem ne deyim belke indi sehid olan sehidlerimiz dunyada ozgulce gezildirel.Onlar bizim ucun ozlerini olume atdilar ve bir kelmeynen cumlemi bitirmek isteyirem ki,haqi oz yerin tapacaq...
Silinşa çox yaxşıdı yazan sağ olsun
YanıtlaSilCox gozen bir insadi heqiqetende eladi ellerine sagliq sehid qani yerde qalmayacaq.Haqq oz yerini tapacaq
YanıtlaSilİyi
Silsuper insadi.Bir gun gelecek onlarda oz cezalandirilacaq
YanıtlaSilYazan sag olsun!
YanıtlaSilela inşadı
YanıtlaSildogurdanda yaxsic sehidlermizin qani yerde qalmaycacq
YanıtlaSilELA INSADI mektebde 1-ci yer tutdum insalar uzere bunu kim yazibsa cox sagolsun ALLAH senden razi olsun
YanıtlaSil1-ci yeri sen tutmamisan
SilLenet onlara
Silqeweng yazib
YanıtlaSilbes kim tutub 1-ci yeri
YanıtlaSilSamir yrmedov tutub birdr men mektebde yaris vardi biryerde oxumuruq ayri ayri mekteblerde oxuyuruq
SilCooox sag olun.Cox yardimci oldunuz.Eslinde yazi yazmaq halinda deyilem.Sevgilimden ayrilmisiq.Amma sabah valideynler iclasi olacaq ona gore yaziram.
YanıtlaSilozumu oldurmek halindayam.Sanki bir el deyse aglayaram.
adsiz insan indi derslerini sevgiye deyiewsen geleceyini hec edersen oxu ki geleceyin alqiwlansin özünü ucalt herweyin oz vaxdi var Mekteb gozel gelecek sonra sevgi herweyi vaxdini et ki butun geleceyin pewmanciliqdan uzaq olsun
SilHee qewengdi dee
YanıtlaSilEladi
YanıtlaSilCox eladi Allah bütün sehidlşehitle rahmet eylesin amin inşallah nur içinde yatsın
YanıtlaSilPiszsssssszzz
YanıtlaSilYaxsi di
YanıtlaSilCok guzel birinci yeri kaptim yarisda yyyuuuuppppeeeee
SilYazan sağ olsun, komek etdin bize
YanıtlaSilBu inşanı bəyəndim...))
SilBu çox yaxşı bir insadır menim xoşuma geldi . Şexsen men beyendim bütün yorumlariniza baxdım hamı da bunun çox yaxşı olduğunu deyir .Eləsi yoxdu ki ,size pis şey yazsın.👍👍😊😊🙄☺️
YanıtlaSilEla ela bəyəndim
YanıtlaSilEla ela 👍👍👍beyendim Allah şəhidlərimizə rəhmət eylesin👌🙌
YanıtlaSilEladı Allah senin kimilerinden razı olsun
YanıtlaSilpisdi
YanıtlaSilNeyi pisdi lenet olsun senin kimi veten xayinine düșman
SilYaxşı
YanıtlaSilCox gozel insadi mence allah sehidlerimizin ruhunu sad etsin
YanıtlaSilÇox gözəldir
YanıtlaSilŞəhidlərin qanı yerdə qalmayacaq
Silşehidler ölmez veten bölünmez
YanıtlaSilEla
YanıtlaSilXain qorboçov alçaq heç onun adını böyük herflede yazmaq düzgün deyil. Heyatda bele alçaq seviyelilerde varmış kısacası axmaklar
YanıtlaSilNalet sana karbachov, neler yaptin boyle, nalet sana. insha guzel, ishde birinci yer tutdum. nalet hava cok soyuk, cemleshdiremiyorum hech neyi
YanıtlaSiləladır Allah şəhidlərimizi rəhmət eyləsin
YanıtlaSilƏla
YanıtlaSilÇox yazıq
YanıtlaSilalalh bütün şəhidlərimizə rəhmət eləsin məkanları cənnət ruhları şad olsun boz e0 yanvarı UNUTMARIQ ! UNUTDURMARIQ!😪
YanıtlaSil