Həm bağçamsan,həm də bağım,
Həm dərəmsən,həm də dağım,
Həm solumsan,həm də sağım,
Ey mənim cavanlıq çağım!
Həm dərəmsən,həm də dağım,
Həm solumsan,həm də sağım,
Ey mənim cavanlıq çağım!
Ocağıydın közlərimin,
İşığıydın gözlərimin,
Mənasıydın sözlərimin,
Ey mənim cavanlıq çağım!
Qollarımın qüvvətiydin,
Ayağımın sürətiydin,
Mənliyimin cürətiydin,
Ey mənim cavanlıq çağım!
Axtarır gözlərim səni,
Mədh edir sözlərim səni,
Yaman günə saldın məni,
Ey mənim cavanlıq çağım!
2
fevral ümumrespublika Gənclər günüdür. Azərbaycanda əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin
siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində
Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.
Ölkəmizdə
gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər
gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin
həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu
siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm
istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm
Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika
forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət
proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və
geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük
qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal
iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin
problemlərinin həllinə yönəldirdi.
Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz
təsdiqini tapmaqdadır. Bu
gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini
yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz
qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi,
xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin
həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və
inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət
başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə
Az-n gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən
olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram
Çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
Gənclər
siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da
mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan
dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin
açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi,
idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna
əyani sübutdur. Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar
atılır. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Birinci xanımı Mehriban
Əliyevanın sədrliyi ilə keçirilən, dünyanın yüz ölkəsindən beş yüzə yaxın
qonağın qatıldığı “Gənclərin Məşğulluq sammiti”nə ev sahibliyi edən Azərbaycan
məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qürurla
ortaya qoydu. Bu diqqət gənclərin fəallığını daha da artırır, onları səfərbər
edir. İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı
fəaliyyət göstərir, minlərlə gənc lider yetişib.Ayrı-ayrı gənclər təşkilatları il boyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, lider kimi formalaşmalarına kömək məqsədilə çoxsaylı tədbirlər keçirirlər. Paytaxt və bölgələrdə gənclər üçün təşkil olunan “Gənc liderlər üçün yay və qış universitetləri” bu baxımdan böyük önəm daşıyır...
Ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan
Partiyasının Gənclər Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.
Azərbaycan gənclərin
xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və
dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və
bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib.
“Rusiyanın Azərbaycanlı gənclər təşkilatı” isə özünün çoxşaxəli fəaliyyəti ilə
onlara əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan
gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir. Bu
təşkilatın istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan
həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol
oynayır. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
0 comments