4 Mart 2015 Çarşamba




Böyük şair və mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində anadilli şerin əsasını qoyan məhəbbət gözəlliyi tərənnüm edən bir sənətkardır.
Seyid Əli Seyid Məhəmməd oğluİmadəddin Nəsimi” adı ilə məşhurlaşmışdır. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini qəbul edən Əli, bu təriqətin fikirlərini nümayiş edən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə oxşar səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir.­Ömrünün bir hissəsi XV əsrə təsadüf edən Nəsimi Füzuliyə qədərki istər anadilli, istərsədə farsdilli şeirin bənzərsiz ifadəçisidir .Həm də Nəsimi bir sufi şair olmuş,əsərlərində sufi ideyalarını əks etdirmişdir.Həllac Mənsur,Fəzlullah Nəimi və sonda Nəsimiyə qədər gəlib çatan sufi ideyalarının nişanı,əsasən,dövrün zülmkar hökmdarlarına,padşahlarına yönəlmişdi.Bu yolla onlar,insanın zülmkar bir varlıq olmadığını irəli sürür,belə bir varlığın hətta Tanrı qatına belə qalxmağa layiq bilirdi.Onlar bu yolla xalqı öz tərəflərinə çəkəcəklərini düşünürdülər.Hətta onlar bir çox müriddə toplamışdı ,ancaq avam xalq bu ideyaların sufi qabığını qaldırıb əsl məqsədə köklənə bilmədi və Nəsimi və müridlərini “kafir”,”dinsiz” adlandıraraq,cəmiyyət içində onlara həqarət etmiş,alçaltmış,təhqir etmişlər.Hürufilik tərəfdarları təqiblərə məruz qalmışlar.Nəimiyə işgəncə verib onu atların arasında saxlamaqla bədəni parça-parça edilmiş,Nəsiminin isə Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.

Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir.O, sonralar dövrün siyasi,ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin qurucusu olmuşdur. Nəsiminin yaradıcılığı Azərbaycan şeirinin və ədəbi dilinin inkişafında vacib bir mərhələdir. Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan dilinin tarixi inkişafını öyrənmək baxımından da böyük əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şerinin bədii xüsusiyyətlərinin inkişafında çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin göstəricilərinə uyğunlaşdırmağa çalışmışdır.Böyük şair Füzuli belə ana dilində “nəzmi-nazik” yazmağın zorluğundan şikayətləndiyini nəzərə alsaq,Nəsiminin bu yoldə nə qədər çətinliklərlə üzləşdiyini düşünə bilərik. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibənd janrında yazmışdır. Onun rübailəri, tüyuğları bədii forma və məzmunca çox qiymətli əsərlərdir. Rübailərində hürufiliyin əsasları, şairin fəlsəfi düşüncələri, həyat və kainat haqqında düşüncələri məntiqli bir şəkildə ifadə olunmuşdur.Nəsiminin şeirlərindəki bir çox fikirlərində insan və kainatla bağlı fikirlər təsvir olunur. İnsan dünyaya çılpaq gəlir və yalnız sonradan geyinir. Geyinib də soyuqdan qorunur, ictimailəşir, sosial varlıq olur,mədəni əlaqələr sisteminə daxil olur. Nəsimi bütün ömrü boyu özündən ayrılmaq, qopmaq arzusunda olmuşdu  və burada qəribə heç nə yoxdur.Bunu Nəsimin Dünyanı “murdar leş” adlandırması ilə təsdiqləyə bilərik. Ümumiyyətlə, Nəsiminin əqidəsinə görə Allah-təala özünə oxşar xəlq etdiyi İnsanı yaradarkən onun camalını Quran ayələrinin hərfləri ilə bəzəmişdir.Nəsimi öz sələflərindən tamamilə fərqlənmişdir,belə ki, o,əsərlərində ana dilinə üştünlük vermiş və bu yaradıcılıq xəttində irəliləyərək,xələfləri üçün get-gedə mükəmməlləşən bir dil qoymuşdur.Xətai bu dildə yaradıcılığa davam edərək onda romantizmi inkişaf etdirmiş,sonda Füzuliyə qədər gəlib çatan bu xətt,Füzulidə kulminasiya nöqtəsinə çatmışdır.                                                               Anadilli ədəbiyyatımızın  inkişafı İzzəddin Həsənoğlu,Şeyx Səfidən başlamış,bu günə qədər davam də davam edir.Anadilli ədəbiyyatı biz bir binaya bənzətsək,Nəsimi həmin binanın özülü,skeleti,bünövrəsi olar.Belə ki,digər ləvazimatlar bünövrəsiz işə yaramaz.
Kateqoriya

24 yorum:

  1. Çox gözəl məlumatlar var

    YanıtlaSil
  2. Məlumat yaxşıdır.Amma mən divar qəzeti üçün istəyirdim. Bu ona yaramır.😞😞

    YanıtlaSil
  3. Məlumat əladır yazan saq olsun

    YanıtlaSil
  4. Məlumat əladır yazan saq olsun

    YanıtlaSil
  5. Çox mənalı gözəl 👍👍👍

    YanıtlaSil
  6. Yaxşi cümlelerle yazilib menali ve gözel sözler var

    YanıtlaSil
  7. Çox gözəl idi men çox beyendim

    YanıtlaSil
  8. Men edebiyyatda aciq ders ucun istəyirdim, cox sag olun gözel yazmisiniz isime yarayacaq cumleler var

    YanıtlaSil
  9. Çox gozel uşaqlar üçün gözel məlumat tesekkurler

    YanıtlaSil
  10. Yazdım görək bəyənəcəklər👍👍👍 Qarabağ Azərbaycandır 🇹🇷🇦🇿🇵🇰.

    YanıtlaSil