4 Mart 2015 Çarşamba




Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə inanan,malını öz  xalqına olan məhəbbəti yolunda fəda edən və insanlara minnətsiz xeyir verən şəxsdir.
Ən yaxşı əməl Allahın qəbul etdiyi əməldir. Əməlin böyük-kiçikliyi yox,əməli görərkən onu  hansı istəklə etməsidir.Yaxşı əməl sahibinin yeri əlbəttə ki cənnətdir.Bu cür işləri görən şəxslər həm Allah,həm də insanlar tərəfindən sevilir.Yaxşı işlər görən şəxslər sadecə insanların maddi ehtiyacını ödəyənlərə deyilmir,mənəvi ehtiyacını da odəyənlərə də deyilir.Tutaq ki kasıblara yardım edən şəxslər,məktəb tikdirənlərlə yanaşı,lazım olduqda birinə qulaq asan,onun dərdinə şərik olan,həyatda birinə doğru yol göstərənlər də yaxşı əməl sahibidir.
Hər kəs yaxşı işləri ilə tanınanları sevir,daim birinə zərər vermək istəyənəri isə xoşlamır.Bu səbəblə də Peyğəmbərimiz Məhəmməd (s.ə.s) daim yaxşı işlər görməyi buyurmuşdur.
Mənim fikrimcə,cəmiyyətdəki yaxşı əməl sahibləri müəllimlər də aid edilə bilər.Çünki müəllimlər xalqı maarifləndirməklə yanaşı,uşaqlara tərbiyə verir,onları  bir şəxsiyyət kimi hazırlayır.
Alimlər də yaxşı işlər görən şəxslərdir.Əsrlər boyu alimlər və müəllimləri yaxşı olan xalqlar daim inkişaf etmişdir.Alimlər xalqa doğru yol göstərmişdir.
Xeyriyyəçi dedikdə ilk olaraq yadımıza Hacı Zeynalabdin Tağıyev gəlir.
H.Z.Tağıyevin həyatı humanistliyin, insanpərvərliyin zirvəsində dayana biləcək faktlarla zəngindir. O, milyonçu idi. XIX əsrin sonlarından başlayaraq Bakıda və Abşeronda neft hasilatının sürətlə artması bir çoxları kimi kasıb həyat sürən, bənnalıq etməklə birtəhər çörəkpulu qazanan H.Z.Tağıyevi də varlı-hallı adamlar sırasına çıxarır. Tezlikə o, böyük sərvətə sahib olur. Lakin həyatının dəyişməsi, var-dövlətinin artması H.Z.Tağıyevin xarakterini dəyişmir. O, ana torpağın sərvəti və özünün böyük zəhməti hesabına qazandığı milyonlarla ətrafdakı kasıblara əl tutmağı, onların dolanışığını yüngülləşdirməyə kömək etməyi özünə borc bilirdi. Çünki bənna olduğu zaman çox çətinə düşmüşdü.Bu səbəblə o xalqın vəziyyətini bilirdi.
    Çətinliyə düşən insanlar onun adını ümidlə çəkirdilər. H.Z.Tağıyev mütərəqqi fikirli, millətin sabahını düşünən bir insan olmuşdur. Həmvətənlərinin elmdən, təhsildən uzaq düşmələri, öz hüquqlarını bilməmələri bu humanist insanı bərk incidirdi. O, millətin nümayəndələrinin, ələlxüsus da hüquqsuz vəziyyətdə yaşayan müsəlman qadınlarının maariflənməsi üçün yollar axtarırdı. H.Z.Tağıyevin Bakıda açdığı qızlar məktəbində çoxlu sayda müsəlman qadınları təhsil almışdır. Bundan başqa, vətənpərvər milyonçu azərbaycanlı gənclərin dünyanın qabaqcıl ali məktəblərində yüksək səviyyəli təhsil almalarına da məmnuniyyətlə vəsait ayırırdı.
    H.Z.Tağıyevin tikdirdiyi binalar bu gün də doğma Bakımızın ən gözəl memarlıq abidələri sırasındadır. Vaxtı ilə Tağıyevin şəxsi mülki olan imarətdə isə Azərbaycan Tarix Muzeyi yerləşir. H.Z.Tağıyevi öz şəxsi vəsaitini məktəb, teatr tikintisinə, gimnaziyalar açılmasına, ana dilində qəzetlər, jurnallar çap olunmasına, azərbaycanlı gənclərin başqa şəhərlərdə təhsil almalarına, kasıb insanların həyat şəraitlərinin yaxşılaşmasına xərcləməyə vadar edən nə idi ? Yox Hacını bu işlərə pul xərcləməyə heç kim məcbur eləmirdi. Sadəcə Hacı böyük vətənpərvər idi, onun qəlbində xalqını, Vətənini dərin məhəbbətlə sevən ürək döyünürdü. Bir dəfə bədxahlar Hacını nüfuzdan salmaq üçün onun Azərbaycandan köçəcəyi barədə şayiələr yayırlar. H.Z.Tağıyev dərhal mətbuat vasitəsi ilə belə şayiələrə cavab olaraq bildirir ki, Azərbaycan onun dədə-baba yurdudur və o buradan heç yerə köçmək fikrində deyildir. Hacını bir şəxsiyyət kimi xarakterizə edən belə müsbət keyfiyyətlər çoxdur.
Xəsislər insanlar tərəfindən sevilməyib.Ədiblərimiz də belə insanları daim gülüş hədəfi etmiş və qınamışdır.”Hacı Qara”  əsəri belələrindəndir.
İslamda yaxşılıq anlayışının geniş mənası var.Əsasən Qurban bayramı  saleh işlərin daha geniş vüsət aldığı tədbirlərdəndir.Bu bayramda qurban kəsilərək ehtiyacı olanlara  arasında  paylanır.
Təbii ki hər birimizin məqsədi yaxşı əməllər görmək olmalıdır.
Kateqoriya

0 comments