4 Mart 2015 Çarşamba



Məhəmməd Füzuli


Məhəmməd Füzuli təkcə Azərbaycan Ədəbiyyətının deyil,eyni zamanda Şərq və Dünya Ədəbiyyatının zirvəsidir.
Füzulinin doğulduğu yer haqqında bir sıra fərziyyələr,ehtimallar olsa da, Əbdülbaqi Gölpinarlı, Həmid Araslı və Əbdülqadir Qaraxan Füzulinin “Ey Füzuli, məskənim çün Kərbəladır” ilə başlayan qitəsinə və “Doğulduğum və yaşadığım yer iraqi-ərəbdir” cümləsinə əsasən onun Kərbəlada,İraqda yaşamasını təsdiq etmişlər .Füzulinin dəsti-xətti,onun yaradıcılıq yolu sonralar çoxları üçün ilham mənbəyi olmuşdur.Məsələn, Qasım bəy Zakir özünə Füzulini nümunə götürmüşdür.Füzuliyə isə ilham verən şəxs Həbibi olmuşdur.Füzuli ilk zamanlarında Molla Məhəmməd Bağdadi nisbəsi ilə tanınsa da,sonralar “füzuli” təxəllüsünü seçmişdir.”Füzuli” sözünün mənası “lazımsız”,”boş işlərlə məşğul olan” deməkdir.İlk baxışdan bu təxəllüs biraz qəribə gəlsə də,Füzuli bu adı seçərkən şeiriyyat onsuzda dəyərsiz,lazımsız bir sənət kimi görülürdü.Füzuli ədəbiyyatımızda qəzəlin ikinci zirvəsidir.Füzulinin yaradıcılığında Azərbaycan dili üstünlük təşkil etsə də,o həm fars,həm də ərəb dillərində yazmışdır.Füzuliyə qədər Nəsimi və ondan öncəkilər müəyyən qədər Azərbaycan dilində yazıb yaratsa da,Füzuli bu zənciri tamamən qırmış,dahi Nizaminin belə bacarmadığını edə bilmişdir.Nizami kimi o da,saraylardan qaçmış,onların cah-cəlalına aldanmamışdır.Bunu həmçinin, Füzulinin dininə çox bağlı bir insan olmasından da qaynaqlana bilər.Belə ki,Füzuli Nəcəf və Kərbəlada Həzrəti Əli(ə.s) və Həzrəti Hüseyn (ə.s) məqbərələrinin bərpasında iştirak etmişdir.Ölərkən isə o,İmam Hüseynin məzarının yanında basdırılmağını vəsiyyət etmişdir.Füzulinin yaradıcılığını digərlərindən fərqləndirən ən büyük xüsusiyyət onun orijinallığa malik olmasıdır.Belə ki,Füzulinin əsərlərində digər bir söz ustası tərəfindən əvvəlcədən söylənmiş bir ifadəyə rast gəlmək olduqca çətindir.Füzulinin yaradıcılığı bir böyük ümmana bənzər,necə ki onun ucu bucağı görünmür,sərhədləri yoxdur,Füzuli yaradıcılığının da yerləşdiriləbiləcəyi bir qəlib yoxdur.Məhəmməd Füzulinin adının sədası sadecə Bağdaddan deyil,uzaq Osmanlı Sarayından gəlirdi.Onun “Leyli və Məcnun” kimi şahəsərini Osmanlı sultanı Sultan Süleyman Qanuniyə ithaf edən Füzuliyə Qanuni 9 axça təqaüd ayırır lakin Füzulinin “Şikayətnamə”də öz qələmi ilə ifşa etdiyi şəxslər sayəsində o, bu puldan məhrum olur.

Füzuli yaradıcılığı üç dil tərkibinə malikdir.Azəri,ərəb,fars.Belə olması Füzuli yaradıcılığının həm ifadə imkanlarını,həm müxtəlif yerlərə xitab bacarığını,həm də çoxşaxəlilik funksiyasını artırır.Füzulinin bildiyi elmlərə riyaziyyat,astrologiya,təbabət daxil idi.O,türk,ərəb və fars dilində bu sahələrin çoxuna aid dəyərli,nəsrlə yazılmış sənət əsərləri yaratmışdır.”Səhhət və Mərəz”,”Mətləül-etiqat”,”Hədiqətüs-süəda” bunlardan sadecə bir neçəsidir.Füzuli yaradıcılığının əsasını türk dilində yazdığı əsərlər təşkil edir.Belə şahəsərlər içərisində “Leyli və Məcnun”,”Bəngü Badə”,”Şikayətnamə” kimi əsərlər vardır.Bu əsərləri xitab olunduğu sahələrə görə kateqoriyalara bölə bilərik.Belə olan halda hər kateqoriyaya bir əsər düşər.Niyə?Çünki Füzuli yaradıcılığında təkrara yer yoxdur.Məsələn,”Leyli və Məcnun”da o dövr üçün qadın azadlığının olmadığını bildirən şair,mənasız adət-ənənələri və bunlara uyan insanları top atəşinə tutur.”Şikayətnamə” əsərində Füzuli o dövrkü rüşvətxor hakimiyyəti qınamışdır.”Səhhət və Mərəz”də o,insanın sağlamlığı haqqında söhbət açarkən,”Mətləül-etiqad”da tamamilə fərqli fəsəfi mövzulara diqqəti çəkir.”Bəngü Badə”də hakimiyyət mövzusunu qınayan şair,”Söhbət-ül Əsmar” əsərində o şöhrət və lovğalığı pisləyir.
Ümumiləşdirərək desək,Məhəmməd Füzuli 3 dildə yazan çox nadir ədiblərdən biridir və o, “anadilli şeirimizin zirvəsi” hesab olunur.

Kateqoriya

2 yorum: