7 Eylül 2015 Pazartesi





1.Yaponiya klassik teatrı olan "No" teatrında pyesin qəhrəmanı kasıb balıqçı və ya rahib olsa belə o,ipək və qızılı parçadan saray geyimində olur.Adətən iki aktyorun iştirak etdiyi "No" teatrında bu aksesuar isə sujetdən asılı olaraq həm fleyta,həm qılınc, həm də gül dəstəsi kimi çıxış edə bilir. Söhbət hansı aksesuardan gedir?
Cavab:Yelpik
2. "Mənim imtinam düşünülməmiş hərəkət deyil,mən həmişə fərqlənmə nişanlarından imtina etmişəm.1945-ci ildə mənə Fəxri Legion ordeni verilərkən mən ondan imtina etmişdim,baxmayaraq ki,mənim hökumətdə dostlarım vardı".Sitatın müəllifi kimdir?
 Cavab:Jan Pol Sartr
3.1901-ci ildə dünyaya gəlmiş İsfəndiyar adlı şəxs Qarabağı idarə etmiş sülalənin nümayəndəsi idi.Bəs biz onu hansı adla tanıyırıq?
Cavab: Xan Şuşinski

0 comments