X-in
yaranması qədim dövrlərə yəni antik yunan vaxtlarına gedib çıxır. İlk dəfə
olaraq X-in sistematik forması yunan filosofu Platonun qohumu Spe-usip-pos
tərəfindən yaradılmışdır. X-in orta əsrlərdə yaranmış variantları daha mükəmməl
tərkibə malikdir. Biz hal-hazırda X-in dünyaca məşhur olan internet
versiyasından daha çox istifadə edirik. X nədir?
Cavab: Ensiklopediya(İnternet versiya=Wikipedia)
2.Amerikalı politoloq
ZBİQNEV BJEZİNSKİ «Böyük şahmat taxtası» əsərində qeyd edir ki, hal-hazırda
dünyada yeganə fövqəl-bəşər dövlət ABŞ-dı. Bəs onun fikrincə dünyada ilk
fövqəl-bəşər dövlət hansıdır?
Cavab: Roma İmperiyası
3.
Diqqət. Sualda əvəzetmə var. Yəni başqa bir söz X-lə əvəz edilib.
Böyük
coğrafi kəşflər dövrünün son nümyəndələrindən biri olan və XIX əsrdə yaşamış
norverçli alim və səyyah Fritof Nansen Şimal Qütbünə gedib çıxa bilməsə də
Arktikanın bütün coğrafi problemlərini həll etmişdi. Azerbaijan Airlines
(Azərbaycan Hava Yolları) jurnalında oun haqqında məqalənin adı "Əlçatmaz
X-lər fatehi adlanır". 1 dəqiqə ərzində X-in nə olduğunu tapın?
Cavab: Buzlaq
4.
Bu insanın "Ölümdən sonra həyat" (Life after death) adlı nitqi nəinki
Böyük Britaniya vətəndaşlarını ikinci dünya müharibəsinə səsləyib, hətta
Amerikada Billboard 200 adlanan mahnı xit-paradında 19-cu yerə çıxıb. Bu insan
kimdi?
Cavab: Uinston Çörçil
5.
Gi De Mopassanın "Ölü" əsərinin qəhrəmanı sevgilisinin məzarını
ziyarət etməyə gedir. Bu vaxt dəhşətli hadisə baş verir. Bütün ölülər dirilərək
məzar daşlarının üzərində olan sözləri silərək həqiqətləri yazırlar. Onun
sevgilisi öz məzarı üstündə yazır: Bir dəfə sevgilisinə xəyanət etməkçün evdən
çıxanda yağışa düşüb, sətəlcəm olub və ölüb". 1 dəqiqə ərzində onun
sevgilisinin məzarı üstündə əvvəlcədən yazılmış 3 sözü tapın.
Cavab: Sevirdi, sevilirdi, öldü
chox teshekkurler :)
YanıtlaSilQALATASARAY
YanıtlaSilBu sualldan ölkemizi taniyaq adli turun yarisinda istifade olunub.
YanıtlaSilDUZDUR
SilA
YanıtlaSil✨
YanıtlaSil