21 Ocak 2015 Çarşamba



"Google" haqqında qısa məlumat


Google dünyanın ən böyük axtarış sistemləri  reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətdir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.
Stenford Universitetinin iki tələbəsi, Larry Page  Sergey Brin, Google-ni 1998-ci ildə, başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Google, 6 il sonra birjaya açıldığında dəyəri 23 milyard dollar idi. Hal-hazırki dəyəri isə 400 milyard dollardır. Şirkətin bank hesabında 60 milyard dollar nağd pulu var.
Google-nin qurucularından olan Sergey Brin 41 yaşındadır. 28 milyard 700 milyon dollar sərvətiylə dünyanın 19-cu ən varlı insanıdır. Digər qurucusu Lary Page də 41 yaşındadır. 29 milyard 200 milyard dollar sərvətiylə dünyanın ən varlı 17-ci şəxsidir.
 Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. Şirkətin sərmayə ortaqları, Kleiner Perkins Caufield & ByersSequoia Capitalı dırlar.
Baş ofisi Mauntin Vyuda (Kaliforniya) yerləşir.

 "Google" haqqında maraqlı məlumatlar


Google adı “Googol” sözündən götürülərək yaradılıb. "Googol " çox böyük bir ədəddir. 1-dən sonra 100 sıfır qoyanda googol ədədi əmələ gəlir.
Google bu günə qədər böyüklü-kiçikli 170 şirkəti alıb. Aldığı ən böyük şirkət isə 2012-ci ildə 12 milyard dollara aldığı Motoroladır.
Google Motorolanı alma səbəbi, şirkətdəki mobil Patent sahib olmaq idi. Bu səbəblə Motorolanı 2 il sonra Çinli kompüter istehsalçısı Lenova şirkətinə aşağı bir qiymətə satdı.
Google, Youtubeni 2006-cı ildə 1 milyard 650 milyon dollara aldı. Youtube o vaxtlar hələ 2 yaşında bir sayt idi.
Google-də saniyədə 2 milyon axtarış edilir. Sizə göstərilən nəticələr 200 meyar göz önünə alaraq yaradılır.
Google, internet aləmindən başqa bəzi yenilikçi ixtiralara da dəstək verir. Məsələn, bunlardan biri də, "Google sürücü" adı verilən, "sürücüsüz avtomobil" layihəsidir. Fantastik filmlərdə gördüyümüz bu texnologiyada artıq son nöqtəyə gəlinib. Bu il San Fransisco yollarında test sürüşləri edilməyə başlanacaq.
Google-nin inkişaf etdirdiyi bir digər layihə isə "Google Eynək"dir. 2013-ci ildə 1500 dollardan az bir qiymətdə satışa təqdim edildi. İçində olan ekran sayəsində havanın vəziyyətini, ən yeni xəbərləri görmək olur. Ayrıca video çəkmək və telefon görüşməsi etmək də mümkündür

“Google”-nin maraqlı xüsusiyyətləri


·         Axtarış sisteminə "do a barrel roll” yazdıqda səhifə 360 dərəcə dönəcəkdir.
·         Axtarışa “What is the loneliest number?” (Ən tənha ədəd hansıdır?) yazdıqda 1 rəqəmi görsənəcək.
·         Google-yə "Askew" və ya "tilt" yazdıqda səhifə bir az yana əyiləcəkdir.
·         Google-yə "Google Gravity" yazıb "Özümü şanslı hiss edirəm" düyməsinə basdıqda səhifə ünsurlarının hamısı yerə düşəcək.
·         "Recursion" (sonsuza qədər təkrar etmək) sözünü axtarışa verdikdə Google həmin sözü yenə axtarmağı təklif edir.
·         "Where is Chuck Norris?" (Çak Norris haradadır?) yazdıqda və ilk linkə girdikdə qarşıya "Google Çak Norrisi axtarmayacaq, çünki siz onu tapa bilməyəksiz, o sizi tapar" ifadəsi çıxar.
·         Google-ni latın stilə salmaq üçün "Google Latin", pirat stilinə salmaq üçün "Google Pirat", Elmer Fuddun danışıq stilinə salmaq üçün "Google Elmer Fudd" yazıb "Özümü şanslı hiss edirəm" düyməsinə basmaq lazımdır.
·         Google Tərcümədə "pv kkk pkkk pvpvpv ppkk pddd bschk bschk pv zk pv bschk pv pv pv bschk bschk bschk kkkkkkkkkk bschk bsch" yazıb tərcümə olunaca dili çex dili seçdikdən səsli tərcümə düyməsinə basdıqda mahnıya qulaq asmaq mümkündür.
·         Google Earth açıq ikən Ctrl + Alt + A düymələrinə basdıqda uçuş simulyatoru oyunu oynamaq mümkündür.
·         Axtarışa <blink> sözünü yazdıqda nəticələrdəki "blink" sözü yanıb sönəcəkdir.
·         "Mentalplex" sözünü axtardıqda və ilk linkə girdikdə Googlenin 2000-ci ildəki görünüşü ilə qarşılaşmaq mümkündür.
·         Google ilə ayrı-ayrı şəhərlərin saatlarını da öyrənmək mümkündür. Bunun üçün sadəcə "what time is it in (şəhərin adı)" ifadəsini axtarışa vermək kifayətdir.
·         Google Şəkillərə “241543903” ədədini yazıb axtardıqda ortaya başını soyuducuya soxan insanlar çıxır.


241543903 ədədinin niyə belə özəlliyi olduğu dəqiq bilinmir. Bilinən ən qədim 241543903 etiketli soyuduculu şəkil 2009-cu ilin aprelində David Horvitz tərəfindən yüklənmişdir.
Kateqoriya

6 yorum: