19 Ocak 2015 Pazartesi


1. Riçard Priqonisin versiyasına görə ilk sözlər tərkibində soyad da səslənən ifadə yox, Filipp Rays tərəfindən işlədilən “ At xiyarlı salat yemir” sözləri olmuşdur. Siz isə məşhur ifadənin müəllifini tapın.

Cavab: Aleksandr Qrehem Bell
Şərh: Priqonisin iddiasına görə ilk telefonu heç də Bell yox, məhz Filipp Rays sınaqdan keçirtmişdir və onun işlətdiyi sözlər də məhz belə olmuşdur. Buna baxmayaraq birinciliyi əsasən Bellin işlətdiyi “ Buraya gəlin Vatson, mənim sizin köməyinizə ehtiyacım var” sözlərinə verirlər.
2. Natalya bir qrup müəllifin spesifik bir kitab üzərində çalışmasına baxmayaraq nəyə görə onun adı ilə adlandırılmasını anlaya bilmir və belə izah edir ki, müəlliflər soyadların əlifba sırası ilə düzülməsinə razı olmuşdular. Siz isə Natalyanın soyadını yazın.
Cavab: Bonk
Şərh: Yəqin ki, bir çoxlarınıza 2 cildlik İngilis dilinin qrammatikası kitabı ən azı hazırlıq illərindən tanışdı. Həmin kitabları isə Natalyanın ərlik soyadı olan Bonk ilə adlandırırdıq.
3. Bir aforizmdə xoşbəxtlik İKSlə müqayisə olunur. Nə qədər onun arxasınca qaçsan da, heç bir effekt verməyəcək və o da səndən bir o qədər uzaqlaşar. İKS-i bir sözlə yazın.  
Cavab:  Kəpənək.
Şərh: Mirzə Babayevin mahnısını xatırlamaq kifayət edərdi. Qaçdım sənin dalınca mən gördüm yoxsan. Söhbət Kəpənəkdən gedirdi.
4. Siz onlardan birində rabbi Löv ben Betsalel,Mordexai Maysel,David Qans,David Oppenhaym və başqalarının,digərində isə Arne Lorin,Arnost Lüstiq,İrji Orten, Ota Pavel və Frans Kafkanın adlarına rast gələ bilərsiniz. Hər ikisini birləşdirən ad 2010-cu ildə nəşr olunan kitabın adından bir sözlə fərqlənir.Kitabın adını cavab kağızlarına yazın.

Cavab : Praqa məzarlığı
Şərh : Adlarından da göründüyü kimi bu şəxslər yəhudidir.Onlar köhnə və yeni Praqa Yəhudi məzarlığında dəfn olunmuşdular.2010-cu ildə Umberto Ekonun “Praqa məzarlığı” adlı kitabı nəşr olundu.
5. Corc Martinin  “Alov və buzun mahnısı” əsərində 7 krallıqda hər bir qəsrin öz meysteri mövcuddur. Meysterlərin əsas simvollarından biri boyunlarından asdıqları və halqaları müxtəlif məlum metallardan hazırlanmış zəncirdir. Zəncirdəki hər bir halqa meysterə məlum olan müxtəlif bilikləri ifadə edir. Metallar müxtəlif bilikləri simvolizə edir. Belə ki, çuqun – qarğaları əhliləşdirmə və onlara xidmət etməni, mis – tarix elmini, gümüş – tibb və loğmanlığı simvolizə edir. Bəs qızıl metaldan hazırlanmış halqa hansı elmi simvolizə edir?
Cavab : Riyaziyyat
Şərh: belə bir deyim var, riyaziyyat bütün elmlərin şahıdır. Analoji olaraq qızılı da adətən metalların şahı adlandırırlar.
6. 6 yaşında olarkən poliomielit xəstəliyi keçirən Frida Kalo xəstəliyin izini bildirməmək üçün bir neçə corab geyməli olurdu. Bununla belə dostları ona “ Frida – Baba-Yaqa” ləqəbini vermişdilər. Baba-Yaqa ilə əvəz edilmiş 2 sözü yazın.
Cavab: sümük ayaq.
Şərh: poliomielitdən sonra Fridanın bir ayağında sümük sistemi inkişafda qalmışdı və təmiz qurumuş kimi görünürdü. Buna görə də onu sümük ayaq çağırırdılar. Sümük ayaq isə Baba Yaqanın ləqəbi idi.
7. 1876-cı ildə ilk istehsalına başlayan Henri işçilərin sağlamlığına və təmizliyinə çox əhəmiyyət verirdi. O işçilərinə xüsusi uniformalar paylayır, paltarların yuyulmasını təşkil edir, hətta işçiləri xüsusi MANİKÜR ustaları ilə belə təmin edirdi. Siz isə Henrinin soyadını yazın.
Cavab: Haynz
Şərh : Həmin dövrlərdə ABŞ-da Forddan başqa da Henri var idi. Və o yeyinti sənayesində çalışan işçilərin təmizliyini əsas diqqət mərkəzində saxlamağı vurğulayırdı. Onun soyadı isə Haynz idi.
8. Duplet.1). Jan Jak Russonun “Emili” əsərində qəhrəmanın kitabxanasında yalnız bir kitab var idi. Həmin kitabın müəllifinin kim olduğunu tapın.2).Jurnalist Qleb Staşkov öz yazısında bir şotland dənizçisindən bəhs edir.Onu bir əsərdəki prototipindən yalnız  “1 GÜN”  fərqləndirirdi. Söhbətin kimdən getdiyini tapın.
Cavab: 1)Daniel Defo; 2)Aleksandr Selkirk.
Şərh: Hər iki halda D.Defonun “Robinzon Kruzo” əsərindən söhbət gedir.Q.Staşkovun “Unudulmuş Robinzon” adlı yazısında Aleksandr Selkirkdən bəhs olunur.Əsərdəki Robizon Kruzodan fərqli olaraq Selkirkin “Cümə”si yox idi.
9. XX əsrin 60-ci illərində çau-çau, volfşpits və layka cinslərinin qarışığından əmələ gəlmiş “oyrazir” it cinsi öz adını haradan götürmüşdü?
Cavab: Avrasiya.
Şərh: Eurasier –almanca cinsin adıdır. Çau-çau, volfşits və layka isə Avrasiyanın müxtəlif ərazilərindən olan it cinsləridirlər.
10.  Yazıçı Milan Kunderanın qəhrəmanı Frans həyatının Sabinanınkından az həyəcanlı olmasından gileylənərək sevgilisinə deyir:”Sən və mən ayrı-ayrı ölçülərdə yaşayırıq.Sən mənim həyatıma X-ə ayaq basan Y kimi daxil olmusan”. Cavab kartlarınıza X və Y-i düzgün ardıcıllıqla yazın.
Cavab:   X – Liliputlar ölkəsi, Y – Qulliver.
Şərh: “ölçü” və “səyahət” sözləri açar olmalı idi.

17 yorum: