7 Eylül 2015 Pazartesi
TQDK Keçid Balları 2015
2014/2015-cü tədris ili üçün ixtisaslar üzrə müsabiqə nəticələrinə görə alınmış minimal keçid balları
Yüklə
Минимальные проходные баллы по специальностям на 2014/2015-й учебный год
Скачать
Parlaq Zəka Sualları #1
1.Yaponiya
klassik teatrı olan "No" teatrında pyesin qəhrəmanı kasıb balıqçı və
ya rahib olsa belə o,ipək və qızılı parçadan saray geyimində olur.Adətən iki
aktyorun iştirak etdiyi "No" teatrında bu aksesuar isə sujetdən asılı
olaraq həm fleyta,həm qılınc, həm də gül dəstəsi kimi çıxış edə bilir. Söhbət
hansı aksesuardan gedir?
Cavab:Yelpik
2.
"Mənim imtinam düşünülməmiş hərəkət deyil,mən həmişə fərqlənmə
nişanlarından imtina etmişəm.1945-ci ildə mənə Fəxri Legion ordeni verilərkən mən
ondan imtina etmişdim,baxmayaraq ki,mənim hökumətdə dostlarım
vardı".Sitatın müəllifi kimdir?
Cavab:Jan Pol Sartr
3.1901-ci
ildə dünyaya gəlmiş İsfəndiyar adlı şəxs Qarabağı idarə etmiş sülalənin nümayəndəsi
idi.Bəs biz onu hansı adla tanıyırıq?
Cavab:
Xan Şuşinski
4 Mart 2015 Çarşamba
Ana dili haqqında inşa
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu
ana dilimə dəymə!
Sənin də bağın
var, gülün var, çəkin,
Bağımda əkdiyim
gülümə dəymə!
"İş insanın cövhəridir" inşa
Əmək insan
həyatının, onun sağlamlığının və firavan yaşayışının birinci və əsas şərtidir.
Xoşbəxtliyin, bəxt yarlığın açarı zəhmətdən, alın tərindədir. Səadətə, xoş günlərə
gedən yol yalnız əmək cəbhəsindən keçir. Əmək insanı ucaldır, onu şöhrətləndirir
Vətən haqqında inşa
Vətən, torpaq uğrunda canından keçənlər, özlərini
fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri
igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür.
"Çalış insanların işinə yara,geysin əməlinlə dünya zər-xara" inşa
Yaxşı əməl heç də üzünü
günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində
Allaha, axirət gününə, mələklərə inanan,malını öz xalqına olan məhəbbəti yolunda fəda edən və
insanlara minnətsiz xeyir verən şəxsdir.
Cəfər Cabbarlının “Ana”şeirinin təhlili
XX əsr Azərbayvan
ədəbiyyatının ən görkəmli simalarından biri olan C.Cabbarlı ədəbiyyat
tariximizdə qudrətli dramaturq, istedadlı nasir kimi böyuk iz qoymaqla yanaşı həm
də könülləri fəth edən müqtədir bir şair
kimi taninmışdır.
20 Yanvar haqqında inşa
On doqquz yanvarda doğum evləri
Ölümdən, qırğından xəbərsiz idi. O gün
Bakımızda axşamdan bəri,
Ölüm ilə həyat
üzbəüz idi.
2 fevral Gənclər Günü haqqında inşa
Həm bağçamsan,həm də bağım,
Həm dərəmsən,həm də dağım,
Həm solumsan,həm də sağım,
Ey mənim cavanlıq çağım!
Həm dərəmsən,həm də dağım,
Həm solumsan,həm də sağım,
Ey mənim cavanlıq çağım!
Azərbaycan təbiətinə heyranam
AZƏRBAYCAN TƏBİƏTİNƏ
HEYRANAM
Dünyanın hər guşəsi həmin yerdə yaşayan və məskunlaşan şəxslər
üçün ideal yerdir. Bizə soyuq görünən şimal zonası oradakı eskimos xalqı üçün,
quru Avstraliya materiki aborigenlər üçün, ucsuz-bucaqsız Ərəb səhrası bədəvi ərəbləri
üçün necə əvəzedilməz bir məkandırsa və onlar başqa yerə bu cür uyğunlaşa bilməzlərsə,
Azərbaycan da bizim üçün elə bir məkandır.
Aşıq Ələsgər haqqında inşa
Ustadlar ustadı Dədə Ələsgər 1821-ci
ilin Novruz bayramı günlərində ulu Göyçə mahalının Ağkilsə kənində şair təbli
Alməmməd kişinin ocağında dünyaya gəlmişdir.
İmadəddin Nəsimi haqqında inşa
Böyük şair və mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı
tarixində anadilli şerin əsasını qoyan məhəbbət
və gözəlliyi tərənnüm edən bir sənətkardır.
İslamofobiya
İSLAMOFOBIYA
Dövrümüzdə
bir çox şey insanların maraq dairəsinə daxil olur.Bunlar təbii ki,o dairədə
olanlara yaxşı bir mövhum kimi gəlir və bir çox zaman belə də olur.
Məhəmməd Füzuli anadilli şeirimizin uca zirvəsi kimi
Məhəmməd
Füzuli
Məhəmməd Füzuli təkcə Azərbaycan Ədəbiyyətının deyil,eyni zamanda Şərq
və Dünya Ədəbiyyatının zirvəsidir.
23 Ocak 2015 Cuma
"Paytaxtlar" mövzusunda Xəmsə Sualları
"Paytaxtlar" mövzusunda Xəmsə Sualları
1. 1960-cı ildə paytaxt elan edilmiş bu Cənubi Amerika şəhəri eyni adlı yaylanın üzərində yerləşir.
21 Ocak 2015 Çarşamba
"Google" haqqında maraqlı məlumatlar
"Google" haqqında qısa məlumat
Google dünyanın ən böyük axtarış
sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətdir. Google internetdə yerləşən bir çox
xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.
Stenford Universitetinin iki tələbəsi, Larry Page və Sergey Brin, Google-ni 1998-ci
ildə, başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Google, 6 il
sonra birjaya açıldığında dəyəri 23 milyard dollar idi. Hal-hazırki dəyəri isə
400 milyard dollardır. Şirkətin bank hesabında 60 milyard dollar nağd pulu var.
Google-nin qurucularından olan Sergey Brin 41 yaşındadır. 28 milyard
700 milyon dollar sərvətiylə dünyanın 19-cu ən varlı insanıdır. Digər qurucusu Lary Page də 41 yaşındadır. 29 milyard
200 milyard dollar sərvətiylə dünyanın ən varlı 17-ci şəxsidir.
Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir
və dünyada 5000-ə yaxın işçisi var. Şirkətin sərmayə ortaqları, Kleiner Perkins Caufield & Byers və
Sequoia Capitalı dırlar.
Baş ofisi Mauntin Vyuda (Kaliforniya) yerləşir.
"Google" haqqında maraqlı məlumatlar
Google
adı “Googol” sözündən götürülərək
yaradılıb. "Googol " çox
böyük bir ədəddir. 1-dən sonra 100 sıfır qoyanda googol ədədi əmələ gəlir.
Google
bu günə qədər böyüklü-kiçikli 170 şirkəti alıb. Aldığı ən böyük şirkət isə
2012-ci ildə 12 milyard dollara aldığı Motoroladır.
Google
Motorolanı alma səbəbi, şirkətdəki
mobil Patent sahib olmaq idi. Bu səbəblə Motorolanı
2 il sonra Çinli kompüter istehsalçısı Lenova
şirkətinə aşağı bir qiymətə satdı.
Google,
Youtubeni 2006-cı ildə 1 milyard 650
milyon dollara aldı. Youtube o vaxtlar
hələ 2 yaşında bir sayt idi.
Google-də saniyədə 2 milyon axtarış edilir. Sizə
göstərilən nəticələr 200 meyar göz önünə alaraq yaradılır.
Google, internet aləmindən başqa bəzi
yenilikçi ixtiralara da dəstək verir. Məsələn, bunlardan biri də, "Google
sürücü" adı verilən, "sürücüsüz avtomobil" layihəsidir.
Fantastik filmlərdə gördüyümüz bu texnologiyada artıq son nöqtəyə gəlinib. Bu
il San Fransisco yollarında test sürüşləri edilməyə başlanacaq.
Google-nin inkişaf etdirdiyi bir digər layihə
isə "Google Eynək"dir. 2013-ci ildə 1500 dollardan az bir qiymətdə
satışa təqdim edildi. İçində olan ekran sayəsində havanın vəziyyətini, ən yeni
xəbərləri görmək olur. Ayrıca video çəkmək və telefon görüşməsi etmək də
mümkündür
“Google”-nin maraqlı xüsusiyyətləri
·
Axtarış sisteminə "do a barrel roll” yazdıqda səhifə 360 dərəcə
dönəcəkdir.
·
Axtarışa “What is the loneliest number?” (Ən tənha ədəd hansıdır?)
yazdıqda 1 rəqəmi görsənəcək.
·
Google-yə "Askew" və ya "tilt" yazdıqda səhifə
bir az yana əyiləcəkdir.
·
Google-yə "Google Gravity" yazıb "Özümü şanslı hiss
edirəm" düyməsinə basdıqda səhifə ünsurlarının hamısı yerə düşəcək.
·
"Recursion" (sonsuza qədər təkrar etmək) sözünü axtarışa
verdikdə Google həmin sözü yenə axtarmağı təklif edir.
·
"Where is Chuck Norris?" (Çak Norris haradadır?) yazdıqda
və ilk linkə girdikdə qarşıya "Google Çak Norrisi axtarmayacaq, çünki siz
onu tapa bilməyəksiz, o sizi tapar" ifadəsi çıxar.
·
Google-ni latın stilə salmaq üçün "Google Latin", pirat
stilinə salmaq üçün "Google Pirat", Elmer Fuddun danışıq stilinə
salmaq üçün "Google Elmer Fudd" yazıb "Özümü şanslı hiss
edirəm" düyməsinə basmaq lazımdır.
·
Google Tərcümədə "pv kkk pkkk pvpvpv ppkk pddd bschk bschk pv zk
pv bschk pv pv pv bschk bschk bschk kkkkkkkkkk bschk bsch" yazıb tərcümə
olunaca dili çex dili seçdikdən səsli tərcümə düyməsinə basdıqda mahnıya qulaq
asmaq mümkündür.
·
Google Earth açıq ikən Ctrl + Alt + A düymələrinə basdıqda uçuş
simulyatoru oyunu oynamaq mümkündür.
·
Axtarışa <blink> sözünü yazdıqda nəticələrdəki
"blink" sözü yanıb sönəcəkdir.
·
"Mentalplex" sözünü axtardıqda və ilk linkə girdikdə
Googlenin 2000-ci ildəki görünüşü ilə qarşılaşmaq mümkündür.
·
Google ilə ayrı-ayrı şəhərlərin saatlarını da öyrənmək mümkündür.
Bunun üçün sadəcə "what time is it in (şəhərin adı)" ifadəsini
axtarışa vermək kifayətdir.
·
Google Şəkillərə “241543903” ədədini yazıb axtardıqda ortaya başını
soyuducuya soxan insanlar çıxır.
241543903 ədədinin niyə belə
özəlliyi olduğu dəqiq bilinmir. Bilinən ən qədim 241543903 etiketli soyuduculu
şəkil 2009-cu ilin aprelində David Horvitz tərəfindən yüklənmişdir.
20 Ocak 2015 Salı
"Xəmsə Milli İntellektual Oyunu" proqramı
"Xəmsə Milli İntellektual Oyunu" proqramını Yükləmək üçün aşağıdakı linkə girin.
http://adf.ly/wT9W5
(linkə girdikdən sonra açılacaq səhifədə 5 saniyə gözləyib yuxarı sağ küncdə olan Skip Ad düyməsinə basın. Ondan sonra açılacaq səhifədə Download düyməsinə basıb proqramı yükləyin)
"Xəmsə Milli İntellektual Oyunu" proqramından necə istifadə etməyi öyrənmək üçün aşağıdakı videoyu izləyə bilərsiz.
"Futbol da bir dünyadır" mövzusunda Xəmsə Sualları
"Futbol da bir dünyadır" mövzusunda Xəmsə Suallarına cavab verərək bu mövzu üzrə öz biliyinizi göstərin. Mövzu üzrə 10 sual mövcuddur. Suallar orta səviyyəlidir və hər sual 4 variantlıdır. Suallara başlamazdan əvvəl öz adınızı ,soyadınızı və email adresinizi yazmağı unutmayın!
Uğurlar!
19 Ocak 2015 Pazartesi
Nə? Harada? Nə zaman? Sualları #1
X-in
yaranması qədim dövrlərə yəni antik yunan vaxtlarına gedib çıxır. İlk dəfə
olaraq X-in sistematik forması yunan filosofu Platonun qohumu Spe-usip-pos
tərəfindən yaradılmışdır. X-in orta əsrlərdə yaranmış variantları daha mükəmməl
tərkibə malikdir. Biz hal-hazırda X-in dünyaca məşhur olan internet
versiyasından daha çox istifadə edirik. X nədir?
Cavab: Ensiklopediya(İnternet versiya=Wikipedia)
2.Amerikalı politoloq
ZBİQNEV BJEZİNSKİ «Böyük şahmat taxtası» əsərində qeyd edir ki, hal-hazırda
dünyada yeganə fövqəl-bəşər dövlət ABŞ-dı. Bəs onun fikrincə dünyada ilk
fövqəl-bəşər dövlət hansıdır?
Cavab: Roma İmperiyası
3.
Diqqət. Sualda əvəzetmə var. Yəni başqa bir söz X-lə əvəz edilib.
Böyük
coğrafi kəşflər dövrünün son nümyəndələrindən biri olan və XIX əsrdə yaşamış
norverçli alim və səyyah Fritof Nansen Şimal Qütbünə gedib çıxa bilməsə də
Arktikanın bütün coğrafi problemlərini həll etmişdi. Azerbaijan Airlines
(Azərbaycan Hava Yolları) jurnalında oun haqqında məqalənin adı "Əlçatmaz
X-lər fatehi adlanır". 1 dəqiqə ərzində X-in nə olduğunu tapın?
Cavab: Buzlaq
4.
Bu insanın "Ölümdən sonra həyat" (Life after death) adlı nitqi nəinki
Böyük Britaniya vətəndaşlarını ikinci dünya müharibəsinə səsləyib, hətta
Amerikada Billboard 200 adlanan mahnı xit-paradında 19-cu yerə çıxıb. Bu insan
kimdi?
Cavab: Uinston Çörçil
5.
Gi De Mopassanın "Ölü" əsərinin qəhrəmanı sevgilisinin məzarını
ziyarət etməyə gedir. Bu vaxt dəhşətli hadisə baş verir. Bütün ölülər dirilərək
məzar daşlarının üzərində olan sözləri silərək həqiqətləri yazırlar. Onun
sevgilisi öz məzarı üstündə yazır: Bir dəfə sevgilisinə xəyanət etməkçün evdən
çıxanda yağışa düşüb, sətəlcəm olub və ölüb". 1 dəqiqə ərzində onun
sevgilisinin məzarı üstündə əvvəlcədən yazılmış 3 sözü tapın.
Cavab: Sevirdi, sevilirdi, öldü
Breyn Rinq Sualları #1
1.
Riçard Priqonisin versiyasına görə ilk sözlər tərkibində soyad da səslənən ifadə
yox, Filipp Rays tərəfindən işlədilən “ At xiyarlı salat yemir” sözləri
olmuşdur. Siz isə məşhur ifadənin müəllifini tapın.
Cavab: Aleksandr Qrehem Bell
Şərh: Priqonisin
iddiasına görə ilk telefonu heç də Bell yox, məhz Filipp Rays sınaqdan
keçirtmişdir və onun işlətdiyi sözlər də məhz belə olmuşdur. Buna baxmayaraq
birinciliyi əsasən Bellin işlətdiyi “ Buraya gəlin Vatson, mənim sizin köməyinizə
ehtiyacım var” sözlərinə verirlər.
2.
Natalya bir qrup müəllifin spesifik bir kitab üzərində çalışmasına baxmayaraq nəyə
görə onun adı ilə adlandırılmasını anlaya bilmir və belə izah edir ki, müəlliflər
soyadların əlifba sırası ilə düzülməsinə razı olmuşdular. Siz isə Natalyanın
soyadını yazın.
Cavab: Bonk
Şərh: Yəqin ki, bir
çoxlarınıza 2 cildlik İngilis dilinin qrammatikası kitabı ən azı hazırlıq illərindən
tanışdı. Həmin kitabları isə Natalyanın ərlik soyadı olan Bonk ilə
adlandırırdıq.
3.
Bir aforizmdə xoşbəxtlik İKSlə müqayisə olunur. Nə qədər onun arxasınca qaçsan
da, heç bir effekt verməyəcək və o da səndən bir o qədər uzaqlaşar. İKS-i bir
sözlə yazın.
Cavab: Kəpənək.
Şərh: Mirzə Babayevin
mahnısını xatırlamaq kifayət edərdi. Qaçdım sənin dalınca mən gördüm yoxsan.
Söhbət Kəpənəkdən gedirdi.
4.
Siz onlardan birində rabbi Löv ben Betsalel,Mordexai Maysel,David Qans,David
Oppenhaym və başqalarının,digərində isə Arne Lorin,Arnost Lüstiq,İrji Orten,
Ota Pavel və Frans Kafkanın adlarına rast gələ bilərsiniz. Hər ikisini birləşdirən
ad 2010-cu ildə nəşr olunan kitabın adından bir sözlə fərqlənir.Kitabın adını
cavab kağızlarına yazın.
Cavab : Praqa məzarlığı
Şərh : Adlarından da
göründüyü kimi bu şəxslər yəhudidir.Onlar köhnə və yeni Praqa Yəhudi məzarlığında
dəfn olunmuşdular.2010-cu ildə Umberto Ekonun “Praqa məzarlığı” adlı kitabı nəşr
olundu.
5.
Corc Martinin “Alov və buzun mahnısı” əsərində
7 krallıqda hər bir qəsrin öz meysteri mövcuddur. Meysterlərin əsas
simvollarından biri boyunlarından asdıqları və halqaları müxtəlif məlum
metallardan hazırlanmış zəncirdir. Zəncirdəki hər bir halqa meysterə məlum olan
müxtəlif bilikləri ifadə edir. Metallar müxtəlif bilikləri simvolizə edir. Belə
ki, çuqun – qarğaları əhliləşdirmə və onlara xidmət etməni, mis – tarix elmini,
gümüş – tibb və loğmanlığı simvolizə edir. Bəs qızıl metaldan hazırlanmış halqa
hansı elmi simvolizə edir?
Cavab : Riyaziyyat
Şərh: belə bir deyim
var, riyaziyyat bütün elmlərin şahıdır. Analoji olaraq qızılı da adətən
metalların şahı adlandırırlar.
6.
6 yaşında olarkən poliomielit xəstəliyi keçirən Frida Kalo xəstəliyin izini
bildirməmək üçün bir neçə corab geyməli olurdu. Bununla belə dostları ona “
Frida – Baba-Yaqa” ləqəbini vermişdilər. Baba-Yaqa ilə əvəz edilmiş 2 sözü
yazın.
Cavab: sümük ayaq.
Şərh: poliomielitdən
sonra Fridanın bir ayağında sümük sistemi inkişafda qalmışdı və təmiz qurumuş
kimi görünürdü. Buna görə də onu sümük ayaq çağırırdılar. Sümük ayaq isə Baba
Yaqanın ləqəbi idi.
7.
1876-cı ildə ilk istehsalına başlayan Henri işçilərin sağlamlığına və təmizliyinə
çox əhəmiyyət verirdi. O işçilərinə xüsusi uniformalar paylayır, paltarların
yuyulmasını təşkil edir, hətta işçiləri xüsusi MANİKÜR ustaları ilə belə təmin
edirdi. Siz isə Henrinin soyadını yazın.
Cavab: Haynz
Şərh : Həmin dövrlərdə
ABŞ-da Forddan başqa da Henri var idi. Və o yeyinti sənayesində çalışan işçilərin
təmizliyini əsas diqqət mərkəzində saxlamağı vurğulayırdı. Onun soyadı isə
Haynz idi.
8.
Duplet.1).
Jan Jak Russonun “Emili” əsərində qəhrəmanın kitabxanasında yalnız bir kitab
var idi. Həmin kitabın müəllifinin kim olduğunu tapın.2).Jurnalist
Qleb Staşkov öz yazısında bir şotland dənizçisindən bəhs edir.Onu bir əsərdəki
prototipindən yalnız “1 GÜN” fərqləndirirdi. Söhbətin kimdən getdiyini
tapın.
Cavab: 1)Daniel Defo;
2)Aleksandr Selkirk.
Şərh: Hər iki halda
D.Defonun “Robinzon Kruzo” əsərindən söhbət gedir.Q.Staşkovun “Unudulmuş
Robinzon” adlı yazısında Aleksandr Selkirkdən bəhs olunur.Əsərdəki Robizon
Kruzodan fərqli olaraq Selkirkin “Cümə”si yox idi.
9.
XX əsrin 60-ci illərində çau-çau, volfşpits və layka cinslərinin qarışığından əmələ
gəlmiş “oyrazir” it cinsi öz adını haradan götürmüşdü?
Cavab: Avrasiya.
Şərh: Eurasier –almanca
cinsin adıdır. Çau-çau, volfşits və layka isə Avrasiyanın müxtəlif ərazilərindən
olan it cinsləridirlər.
10. Yazıçı Milan Kunderanın qəhrəmanı Frans həyatının
Sabinanınkından az həyəcanlı olmasından gileylənərək sevgilisinə deyir:”Sən və
mən ayrı-ayrı ölçülərdə yaşayırıq.Sən mənim həyatıma X-ə ayaq basan Y kimi daxil
olmusan”. Cavab kartlarınıza X və Y-i düzgün ardıcıllıqla yazın.
Cavab: X – Liliputlar ölkəsi, Y – Qulliver.
Şərh: “ölçü” və “səyahət”
sözləri açar olmalı idi.
Xəmsə Sualları #1
1-ci Mövzu: “Namələr”
1. Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında
çap olunmuşdur. (Hophop-namə).
2. Füzulinin bu əsərinin 2-ci adı “Nişançi paşaya məktub”dur.
(Şikayətnamə).
3. Nizami Gəncəvinin “İsgəndərnamə” poeması bu 2
hissəyə bölünür. (şərəfnamə, iqbalnamə).
4. Fəzlullah Nəiminin son əsəri məhz, belə adlanır.
(Vəsiyyətnamə).
5. İsmayıl bəy Qutqaşınlının avtobioqrafik səciyyəli
əsəri belə adlanır. (Səfərnamə).
2-ci mövzu: “Aforizmlər”
1. Stendalın fikrincə bunun çevikliyi gözəlliyi əvəz
edə bilər. (ağıl)
2. Fars atalar
sözünə görə, bu adam bir işi iki dəfə görər. (tələsən).
3. “Ölüm var ki, həyat qədər dəyərli. Həyat var ki,
ölümdən də zəhərli” sözlərinin müəllifi məhz, odur. (H. Cavid).
4. Madaqaskar atalar sözünə görə, ehtiyatsiz 1ci, xəstə
2cidən tez ölər. 1ci və 2cini deyin. (1-cavan, 2-qoca).
5. Şillerin fikrincə iş həyatın tələbidir,
müdriklik onun... Fikri tamamlayin. (məktəbi).
3-cü mövzu: "Həm, həm də” (Yalniz sonor samitlər)
1. Bu həm ədəbiyyatda epik janr, həm də linqvistikada dil qrupunun adıdır.
(Roman).
2. Bu həm ispan futbol klubu, həm də Braziliya
puludur. (real).
3. Bu həm Roma mifologiyasinda məhəbbət ilahəsi, həm
də Asiyanin şərqində çaydır.(Amur).
4. O, həm yazıçı Artur Millerin, həm də idmançı Co
Cimacionun həyat yoldaşı olmuşdu.
(Merilin Monro).
5. XIX-XX əsrlərdə yaşamış bu fransız ictimai
xadimi həm yazıçı, həm də musiqişünas olmuşdur. (Romen Rollan).
4-cü mövzu: "Artosferada 4+4"
1. Frederik Şopenlə dostluq edən Avrora Düpen əsərlərini bu təxəllüslə yazırdı. (Jorj Sand).
2. Rejissor Cahangir Mehdiyevin çəkdiyi bu filmdə
Qasım rolunun ifaçısı Əjdər İbrahimovdur. (Kişi sözü).
3. Corc Oruelin əsl adı məhz, belə idi. (Erik
Bler).
4. Bu fransız bəstəkarlarından biri
"Karmen", digəri isə "Romeo və Cülyetta" operasının müəllifidir.
(Jorj Bize, Şarl Quno).
5. Bu impressionist rəssam "Qara balıqlar"
adlı rəsm əsərinin müəllifidir.(Jorj Brak).
5-ci mövzu: “Canlı Elmlər”
1. Floristika elmi onları öyrənir. (bitkiləri).
2. Qədim bitkiləri öyrənən elm sahəsi isə belə
adlanır. (Dendrologiya).
3. Həşəratlardan bəhs edən elmin adı məhz, belədir.
(Entomologiya).
4. Hörümçəklər haqqında olan elm belə adlanır.
(Araxnologiya).
5. İlbizləri öyrənən elm sahəsi məhz, budur.
(Malakologiya).
6-ci mövzu: “Rəqəmlər və oyunlar”
1. Yalnız bu 2 rəqəmin adındakı hecaların sayı öz
nominalı ilə üst-üstə düşür. (1 və 2).
2. Domino daşları içində çəkisinə görə ən yüngül
olanı məhz, budur. (6 qoşa).
3. Futbol üzrə bir D.Ç. ərzində 1 futbolçu üçün vurulmuş qolların
maksimal rekord sayı məhz, bu qədərdir.(13).
4. Şahmat oyununda vəzirin, dayandığı istənilən
xanadan edilə biləcək gedişlərin maksimal müxtəliflik sayı bu qədərdir. (21).
5. Futbol oyununun gedişi zamanı meydançada ən az
sayda bu qədər oyunçunun olması mümkündür.(14).
7-ci mövzu: "...ambi..."
1. Bemba, Balozi, Balunda tayfaları əsasən bu
Afrika ölkəsində məskunlaşmışdır. (Zambiya)
2. Sağ və sol əllə eyni dərəcədə ustalığa malik
olan sənətkarları belə adlandırırlar. (ambidekstor).
3. Beş guşəli ulduz üzərində balta ilə kalaşnikov
avtomatının kəsişməsini məhz, bu dövlətin bayrağı üzərində görmək olar.
(Mozambik).
4. Misir, e.ə.
525ci ildə, məhz, bu şah tərəfindən işğal olunmuşdur. (kambiz).
5. Bu ölkənin Atlantik okeana çıxışı olsa da, yalnız
Seneqalla həmsərhəddir. (Qambiya).
8-ci mövzu: “Dünyaya coğrafi baxış”
1. Yalnız San-marino,
Vatikan və Lesoto üçün bu, ortaq cəhət hesab olunur. (dənizə cıxışı olmayan
anklavlar).
2. Yerləşdiyi adada 2 dövlətlə quru sərhədi olan
yeganə ölkə məhz, budur.(Malayziya).
3. Dünyada 2 materikdə ərazisi olan 2 ölkə
bunlardır. (Misir, Panama)
4. Kito, Kampala, Librevil və Nayrobi bu siyahıda
qabaqcıllardır. Həmin siyahiya görə sonuncu olan paytaxt şəhər hansıdır?
(Reykyavik).
5. Sakit okeanin bu adası ABŞ-ın tərkibinə daxil
olsa da, 4 müxtəlif MDB dövlətini öz
adında birləşdirir. (Quam).
9-cu mövzu: "...pol..."
1. Dieqo Maradonna İtaliyanın məhz, bu futbol klubundakı uğurlarından sonra tanınmağa başladı.
(Napoli).
2. Bu termin tərcümədə çox nigahlılıq mənasını ifadə
edir. (poliqamiya).
3. Yunanca deyin: ölülər şəhəri. (nekropol).
4. O, meyitlər üzərində Anatomiyanı öyrənən ilk
intibah rəssamıdır. (Antonio Pollayolo).
5. 1964-cü ildə o, ədəbiyyat sahəsində nobel
mükafatına layiq görülmüşdür. (Jan pol Sartr).
10-cu mövzu: “Nobel”
1. Mendeleyev cədvəlinin 102-ci elementi məhz, belə
adlanır. (Nobelium).
2. O, 1907ci ildə ədəbiyyat sahəsində nobel mükafatını
qazanmışdır. (Redyard Kiplinq).
3. Bakı şəhərindəki Nobel prospektinə ən yaxın olan
metrostansiya bu şairin adınadır. (Xətai)
4. 1917, 1944 və 1963cü illərin nobel sülh mükafatının
laureatı, dünyada bu adla tanınır. (Beynəlxalq qırmızı xaç cəmiyyəti)
5. Bu Rusiyalı ədib 1965-ci ildə nobel mükafatına
layiq görülmüşdür. (Mixail şoloxov).